Qənirə Paşayevadan xəstə televiziya işçisi ilə bağlı şad xəbər
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan xəstə televiziya işçisi ilə bağlı şad xəbər

Millət vəkili Qənirə Paşayeva İnterAz telekanalının ağır xəstəliyə tutulan əməkdaşı Nizami Eyvazovla bağlı şad xəbər verib.O, bu barədə Facebook-da yazıb:

“Narahatlığınızı diqqətə alaraq, Nizami Eyvazovla bağlı xoş xəbəri sizinlə paylaşmaq istədik. Dəyərli həmkarlarımız, bilirik ki, İnterAz telekanalının əməkdaşı Nizami Eyvazovun qaraciyərində ciddi problemin yaranması və ona təcili əməliyyatın lazım olması ilə bağlı narahatlıqlarınız var və bununla bağlı jurnalist-dostlarımız xeyriyyə aksiyası da keçirmişlər. İnterAz telekanalının əməkdaşlarının və jurnalist-dostların mənə Nizami qardaşımızla bağlı məlumat və müraciət edən kimi bu məsələ ilə bağlı Səhiyyə nazirliyimizlə danışdım. Sizə şad xəbər verim ki, Səhiyyə naziri Oqtay Şirəliyev artıq bu barədə göstəriş və Nizami qardaşımızın bütün müalicə və əməliyyatı Neftçilər Xəstəxanasında pulsuz şəkildə dövlət hesabına gerçəkləşəcək. Bir az əvvəl Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovla danışdım və o bildirdi ki, bu dəqiqələrdə Nizami qardaşımız Neftçilər Xəstəxanasına köçürülüb və cənab nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək. Nizaminin özü ilə də danışdıq. Ona tez bir zamanda sağlamlığına qovuşmağı dilədim və inanıram ki, Neftçilər xəstəxanasının rəhbəri dəyərli Leyla xanımın və dəyərli dostumuz Transplantologiya şöbəsinin müdiri Mircalal həkim başda olmaqla, şöbənin dəyərli həkimlərinin dəstək və qayğısı ilə Nizami qardaşımız qısa zamanda sağalacaq və ailəsi və sevdikləri ilə bərabər hələ neçə illər gözəl ömür yaşayacaq. Dualarımızı əksik etməyək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm