Sürüşmə zonalarında aktivlik yoxdu - nazirlik
Bizi izləyin

Qırmızı.az

Sürüşmə zonalarında aktivlik yoxdu - nazirlik

Son günlər Bakı şəhərində və regionlarda olan sürüşmə zonalarında hələ ki, ciddi aktivlik müşahidə edilməyib.

Bunu publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmiraslanov söyləyib.

“Respublikanın sürşmə sahələrində monitorinqləri davam etdiririk. Sürüşmənin aktivliyi barədə adiyyatı qurumlara bülletenler paylanılır. Bütün sürüşmə sahələrində ötən aya nisbətən ciddi dəyişiklik qeydə alınmayıb”, deyə Sadiq Əmiraslanov vurğulayıb.

Mütəxəssis onu da əlavə edib ki, regionlarda daha çox sürüşməyə meyilli olan Ağsu aşırımı, Bakı–Şamaxı yolunun 106,111, Lənkaran-Lerik avtomobil yolunun 117 və 119-cu kilometrliklərində, Güləziz və Qaravəlili sürüşmə sahəsində də ciddi aktivlik müşahidə edilməyib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm