Kürdəmirin yeni başçısı müavinini işdən çıxardı
Bizi izləyin

Qırmızı.az

Kürdəmirin yeni başçısı müavinini işdən çıxardı

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov vəzifəsindən azad olunub.

Teleqraf.com-un məlumatına görə, təxminən bir ay öncə - 16 aprel 2014-cü ildə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Ceyhun Cəfərov V.Məmmədovla yanaşı daha bir neçə məmur vəzifələrindən azad olunub.


C.Cəfərov başçı təyin edilən gündən tikinti işlərinə xüsusi diqqət yetirir. Əvvəlki icra başçısı İrşad Əliyevin vaxtına rayonun mərkəzi küçələrinin divarlarına vurulan ağ lay daşları hazırda qırmızı üzlüklərlə əvəz olunur. Bu dəfə hazarların üzlənməsi yol kənarındakı mağaza sahiblərinin şəxshi hesabları əsasında aparılır.


Qeyd edək ki, Kürdəmirdə son illər təyin olunan icra başçıları daha çox divarlara diqqət yetiriblər. Fəxrəddin Məlikov rayona dəmir (lambir) hasarlar çəkdirmişdi. İrşad Əliyev dəmir hasarları söküb ağ lay daşlarla əvəzlədi. Sonuncu isə ağ lay daşlarının yerinə qırmızı üzlüklər çəkir.

Amma Kürdəmirin əsas problemi divarların hansa rəngdə və ya hansı hündürlükdə olması ilə bağlı deyil. Rayonun yolları bərbad haldadır. Xüsusilə, Küdəmir-Ağsu yolu keçilməz durumdadır. Əhalinin yeni icra başçısından əsas xahişi dağılmış yollara asfalt çəkilməsi, təmir olunmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm