“Mən “bandit” deyiləm” – Hacı İbrahimdən ağzını tikən iş adamına CAVAB
Bizi izləyin

Qırmızı.az

“Mən “bandit” deyiləm” – Hacı İbrahimdən ağzını tikən iş adamına CAVAB

“Mən “bandit” deyiləm” – Hacı İbrahimdən ağzını tikən iş adamına CAVAB

“Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) Qazax rayon sakini, iş adamı Elşad Məmmədovun Qazaxda etiraz aksiyası keçirməsinə münasibət bildirib.

İş adamı İ.Nehrəmli Publika.az-a açıqlamasında deyib ki, o, bütün məhkəmələrə müraciət edib və hər dəfə də uduzub: “Mən “Xəzər adaları”nda restoran tikdirirdim. Mən oranı 700 minə tikdiridim. Ancaq bunlar mənə dedilər ki, bizim imkanımız var və oranı 500 minə tikərik. Sonra bu adamlar məndən pul aldılar, 300 mindən çox məbləğə isə ev götürdülər. Sonra isə onlar aldıqları 2 evin birini başqasına satdılar və Gürcüstana qaçıb getdilər. Mən onları tapdırıb Azərbaycana gətizdirdim. Məndən aldığı pulların əvəzinə də bir evini verdi. Məni də 300 min ziyana saldılar. Bu adamı məhkəməyə vermişəm. O, bütün bunları sonradan məhkəmədə də etiraf edib. Mən qanuna tabe olan adamam. Bizim boynumuz dövlətimizin qanunları qarşısında hər zaman qıldan incədir. Mən “bandit” deyiləm. İş məhkəmədədir. Onun özünə də dedim ki, mən işi verirəm məhkəməyə. Məhkəmə son qərarı nə çıxaracaqsa, o da olacaq. Məhkəmə desə ki, ev sənindir, o zaman elə də olacaq. İndi bu adam məhkəmənin qərarı ilə razılaşmır, ağzını tikməklə, özünü yandırmaqla məni şantaj edir. Belə hərəkətlərlə iş olmaz. Mən adam axtarıram ki, evi satım. İndi necə olur ki, mən gedib guya bundan evi geri alıram? Ümumiyyətlə, bu məntiqsizdir. İndiyədək nə qədər xeyirxah işlər görmüşəm, 5 məscid inşa etdirmişəm və sairə. Heç mən gedib kiməsə ev satıb sonra geri alaram?”.

Hacı İbrahim işin Korrupsiya İdarəsinə göndərilməsi məsələsinə də toxunub: “Bu adam indiyədək 3 məhkəmədə uduzub. İndi Korrupsiya İdarəsi nəyi araşdıracaq, onu mən bilmirəm. Eybi yox, qoy araşdırsın, dövlət orqanı olduğu üçün mənim bu işə heç bir müdaxilə etmək ixtiyarım yoxdur. Ancaq bunu hamı bilsin ki, Elşad Məmmədov mənə pul verməyib. Üstəlik də pul verməyə-verməyə dələduzluqla və şantajla məşğul olur. Bu adam seçkilər dövründə gah Cəmil Həsənlinin yanında jurnalistlik edir, gah məhkəmədə YAP-çı olur, gah AXCP üzvü, gah iş adamı, gah da qaçın olur. O adamın nə işə qulluq etməsi bəlli deyil. Bu adam qaçqın kimi gəlib yanıma mənə desəydi ki, mənə ev ver, mən ona çoxdan ev vermişdim. Amma kimsə məni şantaj edib məndən ev ala bilməz”.

Xatırladaq ki, Qazax rayon sakini, iş adamı Elşad Məmmədov Qazaxda şok etiraz aksiyası keçirib.

E.Məmmədov 355 min manata sahibkar Hacı İbrahimin şirkətindən iki ev alib, deyir ki, hər bir sənədi yerində olmasına baxmayaraq, Hacı İbrahim tərəfindən evləri mənimsənilib. Buna görə də bütün məhkəmə instansiyalarına müraciət edən E.Məmmədov son ümid yeri kimi Ali Məhkəmənin plenumunu gözləyib. Amma 16.05.2014-cü il tarixində baş tutmuş Ali Məhkəmənin plenumunda E.Məmmədovun işinə baxılmayıb, məsələ növbəti plenum iclasına saxlanıb. E.Məmmədov bildirir ki, məhkəmə Korrupsiya İdarəsində araşdırma aparıldığını əsas gətirərək, belə qərar qəbul edib. Amma E.Məmmədov bildirir ki, Korrupsiya İdarəsindən heç bir araşdırılma aparılmadığı barədə dəqiq məlumatı var. Buna etiraz olaraq son vasitə kimi Elşad Məmmədov ağzını tikərək prezidentlə görüş tələb edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm