Bu yol istifadə üçün açılır
Bizi izləyin

Qırmızı.az

Bu yol istifadə üçün açılır

Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılan asfalt-beton örtüyünün vurulması işləri başa çatıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən publika.az-a verilən məlumata görə, mayın 14-dən başlanan asfalt-beton örtüyünün vurulması işləri ilə əlaqədar aparılan təmir işləri təxminən 500 metr məsafəni əhatə edib.

Bu gün asfalt-beton örtüyü yenilənmiş həmin ərazidə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Gün ərzində yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm