Qadını tüfənglə başından vurdu
Bizi izləyin

Qırmızı.az

Qadını tüfənglə başından vurdu

Bakının Əmircan qəsəbə sakini ov tüfəngindən atəş açaraq həmyerlisinə baş nahiyəsindən xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, mayın 18-də Suraxanı rayonu, Əmircan qəsəbəsinin ərazisində qəsəbə sakini Sergey Manquşev xuliqanlıq zəminində özünə məxsus ov tüfəngindən atəş açaraq həmyerlisi Sevda Yusif qızı Səfixanovaya baş nahiyəsindən yüngül xəsarət yetirib.

Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsinin əməkdaşları tərəfindən S.Manquşevdən ov tüfəngi götürülüb.

Qeyd edək ki, S.Manquşev əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm