• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakı əhalisinin mənzil təminatı üçün nə qədər vəsait lazımdır?

Bakı əhalisinin mənzil təminatı üçün nə qədər vəsait lazımdır?

2030-cu ilədək əhalinin mənzil və sosial tələbatının təminatı istiqamətində şirkətlər və vətəndaşlar tərəfindən təxminən 13-14 milyard manat sərf olunacaq.

Publika.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan məlumata görə, bu işlərə dövlət büdcəsindən isə təxminən 7 milyard manat sərf olunacaq. Qeyd olunan proses Böyük Bakının İnkişaf Planı üzrə həyata keçiriləcək.

Tələb olunan mənzil tipləri isə fərdi həyətyanı sahəsi olan evlər, çoxmərtəbəli binalar, həyətyanı sahəsi olan azmərtəbəli binalardır.

Qeyd edək ki, bütün mənzil tipləri əhalinin gəlir səviyyəsinə uyğun olaraq alt tiplərə bölünəcəkdir.

Gülşanə Mustaafyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR