• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

ADİU Türkiyə universitetləri ilə əməkdaşlığa başlayır

ADİU Türkiyə universitetləri ilə əməkdaşlığa başlayır

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Azərbaycan Dövlət İqtisad Universitetinin qardaş ölkə ilə əməkdaşlığını daha da genişləndirmək üçün Türkiyənin ali təhsil ocaqları arasından universitet seçib.

Bu məqsədlə seçilmiş Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB ETÜ) İqtisadiyyat və Texnologiya Universitetinin rəsmiləri ADİU-da olublar. Universitetin rektoru, professor Ədalət Muradov ilə görüşən TOBB ETÜ İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsinin dekanı Prof. Dr. İhsan Sezal və bölüm rəhbəri Prof. Dr. Ramazan Aktaş, universitetlərindəki təhsil proseslərində tətbiq edilən təcrübələrdən danışıblar. Həmçinin, fakültə idarəedilməsi sisteminin təkmilləşdirilməsi, tələbə biliyinin qiymətləndirilməsi, ortaq sertifikat proqramları, yay məktəblərinin təşkili və digər bu kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb. Danışıqlar zamanı iki təhsil müəssisəsi arasında müəllim mübadiləsinin aparılması barədə də fikir mübadiləsi aparılıb. Universitetin rus dilində tədris edilən bölmələrində ADİU müəllimlərinin iştirak etməsi haqında təkliflər irəli sürülüb.

Görüşdə həmçinin TİKA-nın Bakı Ofisinin rəhbəri Mustafa Haşim Polat da iştirak edib.

Qonaqlar üç gün ərzində ADİU-nun professor-tələbə heyəti ilə görüşlər keçirib, tədris prosesi ilə daha yaxından tanış olublar.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR