"İnfiniti" və 10 min təzminat: məhkəmə qərar verdi
Bizi izləyin

Qırmızı.az

"İnfiniti" və 10 min təzminat: məhkəmə qərar verdi

Bakı sakininin “Nurgün Motors” MMC-yə qarşı məhkəmə iddiası təmin edilib. Vətəndaşın hüquqi nümayəndəsi Sima Yaqubovanın "qafqazinfo"yaerdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsində baxılan iddia istehlakçı hüquqlarının bərpası və vurulmuş zərərin ödənilməsi ilə bağlı olub.


Sabunçu rayon Məhkəməsinin qərarına əsasən, qüsurlu avtomobil eyni göstəricili yeni avtomobillə dəyişdirilməli, bu mümkün olmadıqda ödənilmiş 88 min manat geri qaytarılmalıdır. Bu iki halın hansının baş verəcəyindən asılı olmayaraq məhkəmə “Nurgün Motors” MMC-nin üzərinə əlavə olaraq vətəndaşa 10 min manat mənəvi zərərin ödənilməsi barərə qərar çıxarıb.


Qeyd edək ki, bu iş üzrə vətəndaş 8 iyun 2013-cü il tarixdə “Nurgün Motors” MMC-nin Bakı şəhəri, Babək prospektiti-31 ünvanda yerləşən mağazasından 88 min manata qara rəngli “İnfiniti QX 56” markalı avtomobil alıb. Vəkil Sima Yaqubovanın sözlərinə görə, avtomobilə 3 il müddətində və ya 100000 km qarantiya verilib: “Avtomobil satıldığı vaxtdan bir ay istifadə edildikdən sonra onun sürət qutusunda problem olduğu müştərim tərəfindən aşkarlanıb. Belə ki, hər dəfə 3-cü sürət həddindən 4-cü sürət həddinə keçmə anında, sürət həddi keçməyib. Elə həmin vaxt, yəni 2013-cü ilin təxminən avqust ayının əvvəllərində (təxminən alındığı vaxtdan bir ay yarım sonra) sürət qutusunda problem müşahidə edildiyi vaxt avtomobil cavabdehin Servis Mərkəzinə gətirilərək onlara təhvil verilib. Həmin ərəfələrdə “Nurgün Motors” MMC-nin Servis Xidməti və şirkətin rəhbər işçiləri tərəfindən şifahi olaraq iddiaçıya maraqlı məlumat verilib. Onların dediyinə görə, Yaponiyada yerləşən “İnfiniti” şirkəti ilə yazışmalardan sonra məlum olub ki, sürət qutusundakı problemin əsası proqram təminatının istehsal zamanı düzgün yazılmamasıdır. Avtomobil avqust ayında cavabdeh şirkətə təhvil verildikdən sonra, 2013-cü ilin avqust ayından noyabr ayına qədər onların Servis Xidmətində saxlanılıb. Həmin vaxt isə iddiaçının nəqliyyat xərclərinin qarşılanması üçün şirkət tərəfindən müvvəqqəti olaraq idarə edilmək üçün iddiaçıya köhnə “Nissan” markalı avtomobil ayrılıb. Daha sonra isə 2013-cü il noyabrın 11-də “Nurgün Motors” MMC tərəfindən avtomobil alıcıya təhvil verilərək, proqram təminatındakı problemin həll olunduğu, bir daha eyni problemin təkrarlandığı halında, avtomobilin eyni göstəricili avtomobillə dəyişdiriləcəyi bildirilib. Avtomobilin sürət qutusundakı eyni problem 2014-cü ilin yanvar ayının əvvəlində yenə aşkarlanıb. Bu səbəblə də avtomobil 7 yanvar 2014-cü ildə cavabdeh şirkətə təhvil verilib. Hal-hazırda da avtomobil həmin şirkətin Servis Xidmətində qalmaqdadır. Göründüyü kimi, avtomobilin sürət qutusu istehsal olunduğu vaxtdan qüsurludur. Lakin bu günə qədər də, “Nurgün Motors” MMC tərəfindən satılmış istehsal qüsurlu olan avtomobilə görə ödənilmiş 88000 manat iddiaçıya geri qaytarmayıb, nə də ki, eyni göstəricili başqa bir avtomobillə təmin olunub”.


İddiaçı məhkəmədən qüsurlu avtomobil üçün ödədiyi 88 min manat vəsaitin geri qaytarılmasını, yaxud aldığı avtomobillə eyni göstəricili yeni qüsursuz avtomobilli verilməsini, bununla yanaşı mənəvi zərərin əvəzi olaraq 80 min manat tələb edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm