Prezidentin Vyetnam səfərindən - Fotolar
Bizi izləyin

Qırmızı.az

Prezidentin Vyetnam səfərindən - Fotolar

Prezidentin Vyetnam səfərindən - Fotolar

Mayın 19-da Vyetnamın Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AzərTac xəbər verir ki, Vyetnamın və Azərbaycanın dövlət bayraqlarının dalğalandığı sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam Sosialist Respublikasının Prezidenti Truonq Tan Sanq və xanımı Mai Thi Hanh Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar.

Hərbi orkestrin ifasında Azərbaycanın və Vyetnamın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident Truonq Tan Sanqa təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Sonra prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm