Yol Polisindən nömrə AÇIQLAMASI
Bizi izləyin

Qırmızı.az

Yol Polisindən nömrə AÇIQLAMASI

Bu gün bəzi KİV-lərdə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən PP, YY, TT və OO seriyası ilə olan və 10-la başlayan dövlət nömrə nişanlarının satışına başlaması barədə məlumat yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev publika.az-a açıqlamasında bildirib ki, İdarə “Dövlət rüsumu haqqında” qanuna dövlət nömrə nişanlarının rüsumlarının artırılması ilə bağlı dəyişikliklərdən sonra PP, YY, TT seriyası ilə olan nömrələrin satışını həyata keçirir.

Şöbə rəisi OO seriyası ilə olan nömrələrin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

Qeyd edək ki, qanun sözügedən dəyişiklikdən sonra avtomobillərin nömrəsi 001-dən 009-a qədər olan rəqəmlərdən, seriyası müxtəlif həriflərdən ibarət olduqda rüsum 1500, nömrə 001-dən 009-a qədər, seriyası eyni hərflərdən ibarət olduqda rüsum 2500, rəqəmlər 100-dən 900-ə qədər, seriya müxtəlif hərflərdən ibarət olduqda 1000, rəqəmlər 100-dən 900-ə qədər, seriya eyni hərflərdən ibarət olduqda 1500, nömrə 111, 222, 333, 444 , 555, 666, 777, 888, 999, seriya müxtəlif həriflərdən ibarət olduqda rüsum 500 manat, nömrə 111, 222, 333, 444, 555, 666, 777, 888, 999, seriya eyni hərflərdən ibarət olduqda isə rüsum 1000 manat müəyyənləşib.


Bu rəqəmlər və həriflərin kombinasiyası istisna olmaqla, digər dövlət qeydiyyatı nişanlarının verilməsinə, habelə, bu rəqəm və həriflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyatı nişanlarının təkrar verilməsinə görə, dövlət rüsumu 18 manat müəyyənləşdirilir.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm