Bakıda intihara cəhdin qarşısı alındı - YENİLƏNİB (FOTOLAR)
Bizi izləyin

Qırmızı.az

Bakıda intihara cəhdin qarşısı alındı - YENİLƏNİB (FOTOLAR)

Bakıda qadın özünü 9-cu mərtəbədən yerə atmaq istəyir.

Bakıda qadın özünü 9-cu mərtəbədən yerə atmaq istəyir.

"Nizami" metrosu yaxınlığında bir qadın özünü öldürmək istəyir. Hadisə şahidlərinin verdikləri məlumata görə, "Caspian plaza" adlandırılan bina ilə üzbəüz olan yaşayış binasının 9-cu mərtəbəsində eyvana çıxan qadın özünü oradan yerə atmaq istəyir. /Milli.az/

YENİLƏNMƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Publika.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən müəyyən olunub ki, həmin şəxs özünü çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən mənzilinin eyvanından aşağı atmaq niyyətindədir.

Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb, qadınla söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm