Bakı üzrə çirklənmiş ərazilərin sahəsi nə qədərdir?
Bizi izləyin

Qırmızı.az

Bakı üzrə çirklənmiş ərazilərin sahəsi nə qədərdir?

Böyük Bakı regionu üzrə çirklənmiş ərazilərin ümumi sahəsi – 30 608 ha –dır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən publika.az-a daxil olan məlumata görə bunun 23 428 hektarı Neftlə çirklənmiş torpaqlarıdır.

7 180 ha – ərzasi isə çirklənmiş göllərdən ibarətdir.

ARDNŞ tərəfindən təmizlənmiş və rekultivasiya olunmuş torpaqların ümumi sahəsi - 800 ha –a çatıb

Bundan əlavə ,komitədən publika.az-a o da bildirilir ki, qeyri-qanuni tullantı sahələri, Böyük Bakı ərazisi üzrə bərk tullantıların illik həcmi 1 200 000 tondur.

Bunun da Zibilyandırma Zavoduna və Balaxanı poliqonuna 700 000 tonu daşınır. 200 000 tonu isə təkrar emal olunur. Bunun da 500 000 tonu yandırılır .

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm