10 yaşlı qız qonşudan uşaq dünyaya gətirib
Bizi izləyin

Qırmızı.az

10 yaşlı qız qonşudan uşaq dünyaya gətirib

Qərbi Afrikada 10 yaşlı qız pedofil qurbanı olub. Seneqalda 10 yaşlı qızcığaz qonşusundan hamilə qalıb və ölkədə abort qadağan olunduğu üçün əkiz uşaqlarını dünyaya gətirməyə məcbur qalıb.

Əkiz oğlan uşaqları vaxtından 2 ay əvvəl dünyaya gəlib. Qızı zorlayan şəxs artıq həbsdədir. 11 yaşı yenicə olmuş qız deyib: “İstəyirəm onu öldürsünlər, çünki o, mənim təhsil almağıma maneçilik yaratdı”.

Zərərçəkmişin ifadəsinə görə, zorlama hadisəsi baş verən günü anası işə gedib, o, isə həyətdə uşaqlarla oynayıb. Qız ayaqyoluna gedərkən qonşu onu izləyib və zorlayıb. Sonra bu hadisə bir neçə dəfə də baş verib. Danışacağı təqdirdə ölümlə hədələnən qız hamilə qaldıqdan sonra zorlandığını anasına deyə bilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm