Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Atatürk prospekti ilə kəsişməsindən Şəmsi Rəhimov küçəsi ilə kəsişməsinədək bir neçə gündür bağlanmış hissəsi artıq nəqliyyatın hərəkəti üçün açılıb. Lakin bu gün axşam saat 23:00-dan sonra Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Qeyd edək ki, Bakının Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində mayın 14-dən etibarən aparılan asfalt-beton örtüyünün vurulması işləri bu gün başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm