Azərbaycan-ABŞ hərbi İş Planı müzakirə olunub
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-ABŞ hərbi İş Planı müzakirə olunub

Mayın 19-da Azərbaycan və ABŞ hərbçiləri arasında ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Mayın 19-da Azərbaycan və ABŞ hərbçiləri arasında ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, ABŞ nümayəndə heyətinə isə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə İdarəsinin rəis müavini polkovnik Ted Donneli rəhbərlik ediblər.

Görüş zamanı Azərbaycan Müdafiə Nazirliyi və ABŞ-ın Avropa Komandanlığı arasında 2015-ci il üçün nəzərdə tutulmuş İş Planı müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm