Azərbaycanda ukraynalı idmançılar qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ukraynalı idmançılar qəzaya düşdü

Ukraynalı idmançıların düşdüyü qəzada 4 yaşlı uşaq dünyasını dəyişib.

Ukraynalı idmançıların düşdüyü qəzada 4 yaşlı uşaq dünyasını dəyişib.

Dünən Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bakı istiqamətində hərəkətdə olan Ukrayna dövlət qeydiyyatlı "Renault" markalı mikroavtobus, eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi 90 KD 101 nömrəli "Prado" markalı minik maşınını arxadan vurub.

Toqquşma nəticəsində bir nəfər - "Prado"da olan 4 yaşlı Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib.

Ağır qəzada 11 nəfər müxtəlif bədən xəsarətləri alib. Xəsarət alanların 8-i Bakıda keçiriləcək "Armwrestlinq" birinciliyinə qatılmaq üçün ölkəmizə gələn ukraynalı idmançılar olub.

Xəsarət alanlar təcili Siyəzən regional diaqnostika mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. /ANS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm