Binəqədidə elektrik xəttinin düşdüyü ev yandı
Bizi izləyin

Qırmızı.az

Binəqədidə elektrik xəttinin düşdüyü ev yandı

Bakının Binəqədi rayonu, Rezervuar küçəsi 111 ünvanında fərdi evdə yanğın baş verib.

Bakının Binəqədi rayonu, Rezervuar küçəsi 111 ünvanında fərdi evdə yanğın baş verib.

Hadisə baş verən zaman evdə heç kim olmayıb və yanğın barədə FHN-ə qonşular xəbər verib. Əraziyə tez bir zamanda nazirliyin bir neçə yanğınsöndürən maşınları və dəstələri cəlb edilib. Qonşuların sözlərinə görə, alovlar çox güclü olub və evin bütün damını bürüyüb. Hətta evlər bir-birinə sıx tikildiyi üçün alovun qonşuluqda yerləşən evlərə keçməsi təhlükəsi də artıb. Yanğının baş verdiyi evə baxış keçirilərkən həyətdə bir avtomobilin olduğu da müəyyənləşdirilib.

Yanğın söndürənlər tərəfindən ev bütünlüklə nəzarətə götürülüb və alovlar tez bir zamanda ram edilib. Elə həyətdəki BMV markalı avtomobil də yanğından mühafizə edilib və yanma təhlükəsinin qarşısı alınıb.

Yanğının baş verməsi səbəbləri nazirliyin təhqiqat qrupu tərəfindən araşdırılır. Ehtimal olunur ki, hadisə evin yaxınlığından keçən elektrik xətlərindəki qısaqapanma səbəbindən baş verib. Daha doğrusu, qırılaraq evin üstünə düşən elektrik xətti yanğın faktını qaçılmaz edib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm