Mənzildə köməksiz qalan kişi xilas edilib
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalan kişi xilas edilib

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1959-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1959-cu il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat mərkəzinə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar.

Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə aşkarlanıb.

Əməliyyat saat 00:37-də başa çatmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm