Bakı Metropolitenindən sökülən evlərlə bağlı - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Bakı Metropolitenindən sökülən evlərlə bağlı - Açıqlama

“Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur”. Bunu “Axar.az”a açıqlamasında Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəisi Nəzakət Tarıverdiyeva dedi.

O, hazırda depo ərazisində heç bir söküntünün aparılmadığını bildirdi: “Binəqədi rayonundakı sökülən evlərin Bakı Metropoliteninə aidiyyəti yoxdur. Əslində, bundan əvvəl söküntü işləri var idi, amma onların da kompensasiyası verilib. Yayılan xəbərlərin heç biri doğru deyil”.

Qeyd edək ki, bir az əvvəl mətbuatda Binəqədi rayon, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə evlərin söküldüyü barədə məlumat yayılmışdı. Hazırda bu ərazidə Metropolitenin rəis müavininin olduğu bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm