• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Təhsildə yenilik: müəllimlər and içəcək

Təhsildə yenilik: müəllimlər and içəcək

Azərbaycanda işə yeni qəbul olunmuş müəllimlər üçün andiçmə mərasimi keçiriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, Azərbaycan təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"da nəzərdə tutulub.

Qaydalara görə, müəllim ilk dəfə daimi işə qəbul olunarkən "Azərbaycan Respublikası Konstitusiyasına va qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacagıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranişın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər va digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracagıma, müallim adını və şərəfini uca tutacagıma and içirəm" deyərək and içəcək. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayragı altında Azərbaycan Respublikasinın Konstitusiyasına əl basmaqla həyata keçiriləcək.

Andiçmə bir dəfə olur. Andın irnzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR