• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müəllimləri sevindirəcək xəbər

Müəllimləri sevindirəcək xəbər

Təhsil nazirinin imzaladığı yeni əmr müəllimlər təşviş yaradıb. Müəllimlərin təşvişi onların sınaq qiymətləndirmə imtahanı ilə bağlıdır. Bir çox müəllim redaksiyamıza zəng edərək, onları maraqlandıran suallara cavab tapmaq istəyirdilər. Müəllimlərin narahatlığını nəzərə alaraq, Bakı Şəhəri Təhsil İdarəsinə etdiyimiz müraciətimiz cavabsız qalmadı. BTSİ-nin mətbuat xuidmətinin rəhbəri Arzu Tahirquliyeva bu ilin iyun ayında müəllimlərin bilik və bacarığını müəyyən edəcək sinaq qiymətləndirməsi ilə bağlı mövzuya əhatəli cavablar verdi:


- Baki Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakteri daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsil alanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Belə effektiv və harmonik təhsil mühitinin yaradılması təhsil alanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Qiymətləndirmə 19 ixtisas üzrə və 80 sualdan (40 ixtisas, 20 metodika, 20 kommunikativ sual) ibarət olacaq və 2 saat davam edəcəkdir.

Sualları cavablandıran Təhsil İdarəsinin sözçüsü sınaq qiymətləndirilməsinin niyə məhz, Bakı şəhərinin təhsil idarəsinə aid edildiyinə də aydınlıq gətirdi:


- Bakı şəhərində yerləşən BŞTİ və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ümumi təhsil müəssisələrinin Sınaq Qiymətləndirilməsində (SQ) iştirak edəcək müəllimlərinin sayı 30070-dir. Sınaq Qiymətləndirilməsinin İlkin olaraq Bakı şəhərində keçirilməsində məqsəd “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənin formalaşdırılmasıdır.


Attestasiya keçəcək müəllimlər üçün nəzərdə tutulan Sınaq Qiymətləndirilməsində imtahandan keçməmək anlayışı yoxdur, çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilməyib. Sadəcə, aşağı nəticə göstərmiş müəllimləriin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcəkdir.


SQ sistemində aşağı səviyyədə bal yığan müəllimlərdən fərqli olaraq, yüksək nəticələr əldə edən müəllimlərin isə maddi və mənəvi stmullaşdırılması nəzərdə tutulur. Təhsil idarəsininm mütəxəssisləri belə hesab edirlər ki, bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ “əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olması cəmiyyət tərəfindən müsbət qarşılanacaq.Gələcəkdə bu tip qiymətləndirmənin nəticələri təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.

Və ən əsası, iş yerləri və aylıq əmək haqları üçün narahtlıq keçirən müəllimlərə demək istəyirik ki, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil. Nəzərinizə çatdıraq ki, SQ diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir və nəticələri qənaətbəxş olmayan müəllimlərin işdən azad olunması nəzərdə tutulmayb.


Xatırladaq ki, təhsil nazirinin mayın 6-da imzaladığı yeni əmrə əsasən 2014-cü ilin iyun ayında Bakı şəhərinin bütün dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. (anspress)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR