“28 Mall”da yanğın HƏYƏCANI (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“28 Mall”da yanğın HƏYƏCANI (YENİLƏNİB)

“28 Mall” da heç bir yanğın hadisəsi olmayıb. Fövqəladə Hallar Nazirliyindən də heç kim bura gəlməyib”

Bu sözləri Teleqraf.com- açıqlamasında “28 Mall” Ticarət Mərkəzinin əməkdaşı deyib. Onun sözlərinə görə, bu sadəcə təlim idi: “Təhlükəsizlik məqsədilə keçirilən təlim idi”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə “28 Mall” ticarət mərkəzində yanğınla bağlı xəbəri yayılıb. Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “28 Mall”da verilən yanğın siqnalı təşvişə səbəb olub. Bütün işçi heyəti binadan çıxarılıb.

11:38

Bu gün səhər saatlarında “28 Mall” ticarət mərkəzində yanğın xəbəri yayılıb.


Sosial şəbəkələrdə yayılan məlumata görə, “28 Mall”da verilən yanğın siqnalı insanlarda təşvişə səbəb olub. Mərkəzin bütün işçi heyəti binadan çıxarılıb.


Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm