Nazirliyin vəzifəli şəxsləri dövlət əmlakını mənimsəməkdə ittiham olunur
Bizi izləyin

Qırmızı.az

Nazirliyin vəzifəli şəxsləri dövlət əmlakını mənimsəməkdə ittiham olunur

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuzluqlara yol vermələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən publika.az-a bildiriblər ki, araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin 358 min 866 manat məbləğində ünvanlı dövlət sosial yardımı qanunsuz olaraq artıq hesablayıb vətəndaşlara ödəməklə israf etmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda iş üzrə istintaq davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm