Bakıda iki yol ötürücüsü bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıda iki yol ötürücüsü bağlanır

Bu gecə Bakıda iki yol ötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq.

Bu barədə publika.az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən məlumat verilib.

Məlumata görə, bu gün axşam 22:00-dan etibarən paytaxtın Abdulvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsindəki yol ötürücüsündə (Nəqliyyat Nazirlyinin yanındakı yol ötürücüsü) və Ceyhun Səlimov küçəsi ilə Abdulvahab Salamzadə küçəsinin kəsişməsində olan yol ötürücüsündə (keçmiş "Papanin"dəki yol ötürücüsü), eləcə də hər iki yol ötürücünün yan yollarında yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq.

Bu səbəbdən hər iki yol ötürücüsündə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm