“O uşaq yıxılıb, müəllimdə dubinka nə gəzir?” DİN-dən açıqlama - (YENİLƏNİB - 4)
Bizi izləyin

Qırmızı.az

“O uşaq yıxılıb, müəllimdə dubinka nə gəzir?” DİN-dən açıqlama - (YENİLƏNİB - 4)

Məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, uşağın dubinka ilə döyülməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: “Araşdırmalarımız nəticəsində məlum olub ki, ikinci sinif şagirdi olan, 2006-cı il təvəllüdlü Cavadov Nahid bir müddət əvvəl axşam saatlarında qaçarkən yıxılıb. Onuncu sinif şagirdi onu yerdən qaldıraraq tərbiyəçinin yanına aparıb. Alnına yaş dəsmal qoyublar. Gözünün altındakı o qaraltılar da aldığı zədənin nəticəsində yaranıb”.

O. Mansurzadə qeyd edib ki, həmin uşağın özü də yıxılmasını təsdiqləyib: “Burda ona qarşı heç bir işgəncədən söhbət gedə bilməz. Dubinka polisin xüsusi vasitəsidir. Müəllimdə dubinka nə gəzir? Həmin məlumatlar şişirdilib”.

15:18

“İnternatda uşağın döyülməsi ilə bağlı yayılan məlumatdan xəbərdarıq. 7 yaşlı uşağın dəyənəklə döyüldüyü kimi ciddi ittihamlar səslənir. Buna görə də hazırda Daxili İşlər Nazirliyində araşdırma aparılır”.



Bunu Modern.az-a açıqlamasında DİN-nin mətbuat xidmətindən Orxan Mansurzadə bildirib.

Nazirlik rəsmisi məsələ ilə bağlı günün sonunda açıqlama verilcəyini vurğulyıb.

15:01

Təhsil Nazirliyi Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mədən küçəsi, 4-də yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində araşdırmalara başlayıb.

Nazirlikdən virtualaz.org saytına bildiriblər ki, artıq nazirlikdə xüsusi komissiya yaradılıb: “Nazirliyin nümayəndələri internat məktəbinə gediblər. Onların araşdırmasından sonra qərar veriləcək. Uşağı döyən şəxslərin cəzalandırılacağına şübhə etməyin”.

Qeyd edək ki, bu, həmin məktəbdə ikinci belə hadisədir. Bunu isə virtualaz.org saytına internat evindən bildiriblər.

Xəbərdə deyilir ki, bu internatda əvvəllər də iki uşaq döyülərək fiziki xəsarət alıb. Hazırda bununla bağlı araşdırma sonuclanmayıb.

Məktəbin əvvəlki rəhbəri Qalibə Bağırova təhsil naziri Mikayıl Cabbarovun əmri ilə işdən uzaqlaşdırılıb. Onun yerinə isə Afaqət Əsgərova təyin edilib. Yeni direktorun həyat yoldaşının neft sektorunda yüksək vəzifə tutduğu da məlumatlar sırasındadır.

13:48

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahirin döyülməsi barəsində kütləvi infromasiya vasitələrində yayılan məlumatlar öz təsdiqi tapıb.


Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbindən ANS PRESS-ə verilən məlumata görə, Mahir bir neçə gün öncə döyülüb:

“Uşağın vəziyyəti indi yaxşıdır. Bədənində heç bir iz yoxdur. Onun gözlərinin altı göm-göydür. Uşağın kim tərəfindən döyüldüyü hələ ki, bilinmir”.


İnternat evindən uşağı döyənlərin cəzəlandırılacağı məsələsinə də münasibət bildiriblər: “Uşağı döyənlər yəqin ki cəzalanıdırılacaq. Onun müəllimlər tərəfindən döyüldüynə inanmırıq. Hazırda Mahir uşaqıarla oynayır”.


Qeyd edək ki, mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı Mahir müəllimləri tərəfindən dəyənəklə döyüldüyü bildirilirdi.


Məsələdən Təhsil Nazirliyindən də xəbərdardılar. Nazirlik artıq işlə bağlı araşdırmala başlayıb.

12:46

Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər.

İnternat evindəki mənbənin verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Müəllim uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək.

Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib. /Bizimyol.info/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm