77 yaşlı qadına qızı işgəncə verir - Bakıda
Bizi izləyin

Qırmızı.az

77 yaşlı qadına qızı işgəncə verir - Bakıda

Bakının Buzovna kəndində 77 yaşlı qadın öz övladı tərəfindən amansız işgəncələrə məruz qalıb.

"Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, adının açıqlanmadığı 77 yaşlı qadının iki qız övladı var: "Qızının biri normal həyat şəraitində yaşayır eyni zaman da anası ilə maraqlanır,bir övlad kimi borcunu yerinə yetirir. Bu biri övlad isə 10 il evli olub,sonra 1 övlad ilə boşanıb anasının evinə qayıdıb. Həmin gündən də ananın qara günləri başlayıb.Gələn gündən ananı evdən qovur. Ana 17 ilə yaxın qohumların evində yaşayıb.17 ildən sonra məcbur olur ki, evinə qayıtsın. Məhkəmə qaydası ilə evə köçürmə iddiası barəsində qətnamə çıxarılır. Ana icraçılar tərəfindən evə köçürülür. Ana evə köçürüləndə evdə ona aid olan əşyaların olamadığının, yalnız 4 divarın olduğunu görür. Ana bununla da razılışır evdə yaşamağa başlayır.Qızı görəndə ki,ana evə köçürülüb, başlayır anaya zülm etməyə.Ananın bütün paltarlarını tullayır,ehtiyat üçün saxlanılmış su çənlərinin suyunu açıb boş yerə buraxır.Su gələn boruları turbaları bağlayır. Bundan əlavə həyətdə olan meyvə tərəvəzdən istifadə etməyə qoymur. Ağ saçlı biçarə köməksiz ananın həyatının son günlərində yaşadığı bircə istəyi var. Evində sakit,zülmsüz yaşamaq. Aidiyyatı üzrə orqanlara müraciət etsə də nə yazıq ki məsələ ilə bağlı hələ bir ölçü götürülməyib. Deyə bilərsiz ki.hansı ölçü.O ölçü ki,ana qızını qeydiyyatdan çıxarmaq istəyir,ona qarşı olan zülmlər haqqında məlumat verən də,anaya qarşı heç bir reaksiya olmur".

Birlikdən verilən məlumata görə, övladın anaya qarşı əxlaqsız hərəkətləri bu gün də davam edir: "Qızı anasına həyətdə ağacların altında belə istirahət etməyi çox görür. Həmin ağacların dibindən ayaqyolu kimi istifadə edir, nəcis qoxusu ətrafa yayılır. Həmin qadının yaşadığı otağın işıq xətini, qaz xətini də kəsib". M. Zeynalova bildirib ki, övladın yaşlı anasına qarşı bu əməllərinin kökündə onun əmlakından imtina etməsi, bütün mülkü həmin qızın adına keçirilməsi dayanır.

Qeyd edək ki, qanunericikilə valideynin öz övladını ləyaqətsiz vərəsə elan eərək onu varislikdən məhrum etmə hüququ var. Vərəsəlik hüququnun 1137 maddəsində qeyd olunub ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.1139-cu maddədə isə bildirilir ki, ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.(movqe.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm