• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bakıda naməlum şəxslər zavoda hücum etdi

Bakıda naməlum şəxslər zavoda hücum etdi

Bakının Binəqədi rayonunda yerləşən dəmir sənaye məmulatları istehsalı zavodona basqın olub.


ANS PRESS-in məlumatına görə, zavodun baş direktoru Nazim Məmmədov naməlum şəxslərin zavoda hücum etdiyini və onların əmlakına ciddi ziyan vurulduğunu söyləyib.


Hadisə barəsində polisə məlumat verilib.

2003-cü ildən fəaliyyət göstərən zavod dəmir sənaye məmulatlarının istehsalı ilə məşğul olur. Nazim Məmmədov hücum edənlərin xüsusi hazırlanmış idmançılar olduğunu da sözlərinə əlavə edib.

O, bu hücumun bazar uğurunda mübarizə aparanlar tərəfindən təşkil edildiyini də iddia edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR