Körpə qızın cəsədi tapıldı
Bizi izləyin

Qırmızı.az

Körpə qızın cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qəbələ rayonu, Bum qəsəbəsində 1 nəfər quyuya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2011-ci il təvəllüdlü Gülarə Aqil qızı Şəfiyeva yaşadıqları evin qarşısında qazılmış quyuya düşüb.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin quyuya enərək G.Şəfiyevanın cəsədini quyudan çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:52-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm