Qubada Rusiya ilə sərhəddə əlavə postlar qurulub
Bizi izləyin

Qırmızı.az

Qubada Rusiya ilə sərhəddə əlavə postlar qurulub

Quba polisindən "Azadlıq" radiosuna bildirilib ki, hər il olduğu kimi bir neçə gündür ki, sərhədyanı rayonlarda və kəndlərdə sərhəd-sipər əməliyyatı keçirilir, sənədlər yoxlanılır.

Məqsəd qanunsuz silah və narkotiklərin sərhəddən keçirilməsinin qarşısının alınması, sərhədi sənədsiz keçənlərin aşkar olunmasıdır.

Quba sakini Məhərrəm İsmayılov deyir, bu yoxlamalar barədə əvvəlcədən məlumat verilmədiyindən səhər yuxudan oyanıb, postları görəndə əhalidə çaşqınlıq yaranır: “Xəbərdarlıq etməmiş postlar qurub adamları təşvişə salırlar. Min cür şayiə yayılır. Deyirlər, Bakıda cinayət törədib silahla bu tərəfə qaçan var, Rusiyaya keçməsin deyə postlar qurulub və sair. Axtarış aparanlar da konkret demirlər ki, nəyə görədir”.

Əhali belə əməliyyatlardan əvvəl regional telekanallar vasitəsilə əvvəlcədən məlumatlandırılmağı məqsədəuyğun hesab edir.

Məlumata görə, Şəki və Qax rayonlarında da eyni postlar qurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm