Fikrət Məmmədov vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Fikrət Məmmədov vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fikrət Məmmədov mayın 23-də Bərdədə vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətin publika.az-a verilən məlumata görə, qəbulda Bərdə, Ağdam və Ağcabədi rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar Bərdə regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyi vasitəsilə qəbula yazıla bilərlər.

Vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm