Bu gün Ümumdünya Meterologiya günündür
Bizi izləyin

Qırmızı.az

Bu gün Ümumdünya Meterologiya günündür

Bu gün Ümumdünya Metrologiya günündür.

20 may 2014-cü il tarixində Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ümumdünya Meterologiya gününə həsr olunan tədbir keçirilib.

Seminarda çıxış edən Komitənin Aparat rəhbərinin müavini Elçin Quliyev peşə bayramı münasibətilə ölkəmizin meteroloqlarını təbrik edib,onlara uğurlar arzulayıb. Meterologiyanın əhəmiyyəti və aktuallığı barədə çıxış edən E.Quliyev ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısını xüsusi vurğulayıb."Belə ki,"Azərbaycan Respublikasının Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti və Dövlət Meterologiya Xidmətinin yaradılması dövlətin bu sahəyə nə dərəcədə yüksək diqqət yetirməsinin bir daha sübutudur" - deyə komitə rəsmisi vurğulayıb. O,Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun "20 may - Ümumdünya Meterologiya gününün qeyd olunması barədə" 'mrini oxuyaraq metrologiya sahəsində göstərdikləri xidmətlərə görə bir qrup Komitə əməkdaşlarının "Fəxri Fərman"la təltif olunduğunu qeyd edib.

E.Quliyev təltif olunan əməkdaşlara "Fəxri Fərman"ları təqdim edərək onları təbrik edib. Sonra Komitənin Meterologiya şöbəsinin müdiri Elçin Abbasov məruzə ilə çıxış edib. Bildirib ki, müasir dövrdə meterologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu böyükdür. Bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb. Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb.Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir. Sonra Komitə yanında Dövlət Meterologiya Xidmətinin rəisi Oktay Abbasov Azərbaycanda meterologiyanın inkişaf problemləri haqqında danışıb.

Bildirib ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Hazırda Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə meteroloji təminatın inkişafından xəbər verir.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm