FHN BMT-nin Bakıdakı binasında fövqəladə təlim keçirdi
Bizi izləyin

Qırmızı.az

FHN BMT-nin Bakıdakı binasında fövqəladə təlim keçirdi

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin təşəbbüsü ilə bu gün nümayəndəliyin Bakı şəhəri, Səbail rayonu, BMT-nin 50 illiyi küçəsində yerləşən inzibati binasında Fövqəladə Hallar Nazirliyi qurumlarının iştirakı ilə taktiki - xüsusi təlim keçirilib.

Publika.az-ın xəbərinə görə, təlimin keçirilməsində əsas məqsəd nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılmasından ibarət olub.

Təlimə başlamazdan əvvəl Nazirliyin Dövlət Yanğın Nəzarəti və Tibb xidmətlərinin əməkdaşları tərəfindən nümayəndəliyin əməkdaşları ilə “Xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi” və Yanğın zamanı davranış qaydaları”mövzularında məşğələlər keçirilib.

Təlim ssenariyə uyğun olaraq saat 11.00-da BMT-nin Azərbaycandakı Nümayəndəliyinin inzibati binasında yanğın baş verməsi barədə FHN-in 112 xidmətinə məlumatın daxil olması ilə başlayıb.

Nümayəndəliyin əməkdaşları tərəfindən inzibati binada olan insanların təhlükəsiz əraziyə təxliyəsi və ilkin yanğınsöndürmə vasitələri tətbiq edilməklə yanğının yayılmasının qarşısının alınması üzrə tədbirlər yerinə yetirilib.

Daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə, xilasetmə və tibbi yardım qüvvələri şərti hadisə yerinə cəlb olunub.

Yaranmış vəziyyətin qiymətləndirilməsi məqsədi ilə şərti hadisə yerinə ilk növbədə daxil olan motoxilasedici qrupu tərəfindən kəşfiyyat tədbirləri həyata keçirilmiş Nazirliyin 112 xidməti və hadisə yerinə cəlb olunan bölmələrin rəhbərləri əməliyyat şəraiti barədə məlumatlandırılıb.

Təlim zamanı Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin qüvvələri tərəfindən birgə fəaliyyətdə şərti hadisə yerində insanların xilas olunması, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və onların aidiyyəti tibb müəssisələrinə təxliyəsi, yanğının söndürülməsi üzrə tədbirlər nümayiş etdirilib.

Təlimin gedişində şərti olaraq 1 nəfər aşağı ətrafların sınıq xəsarəti almış və 1 nəfər tüstüdən zəhərlənməyə məruz qalmış şəxsə tibbi yardım göstərilməsklə tibb müəssisələrinə təxliyəsi təmin edilib.

Binanın yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi üçün avtonərdivan tətbiq edilmiş, eyni zamanda ərazidə hava yastığı açılıb.

Hadisə yerinə cəlb olunmuş qüvvə və vasitələrin idarə olunması məqsədi ilə ərazidə Nazirliyin əməliyyat qərargahı açılıb.

Təlimin I mərhələsi ssenariyə uyğun olaraq nümayəndəlik və nazirliyin mətbuat xidməti tərəfindən ictimaiyyətin baş vermiş hadisə barədə məlumatlandırılması ilə başa çatıb.

Təlim II mərhələdə yanğın təhlükəsizliyi və təlimlə bağlı müzakirələrin aparılması ilə davam edib.

Onu da qeyd edək ki, Nümayəndəliyin Bakı şəhərində fəaliyyət göstərən digər agentliklərində fövqəladə hadisələr zamanı fəaliyyət sahəsinə aid olan mövzularda məşqlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm