• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Elman Məmmədov ABŞ səfirini ölkədən çıxarılmaqla hədələdi

Elman Məmmədov ABŞ səfirini ölkədən çıxarılmaqla hədələdi

Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi son müsahibəsində söylədiyi fikirləri şərh edib.

Deputat E.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, ABŞ səfiri son dövrlər özünü diplomatdan daha çox Azərbaycanın daxili işlərinə qarışan, müxalifətə məsləhət verən, havadarlıq edən şəxs kimi göstərir:

“Halbuki, indiyədək ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biri kimi işğalçı Ermənistana qarşı hər hansı ciddi fəaliyyət göstərməyib. Əksinə, Azərbaycana qarşı olan hərəkətlərlə yadda qalıb. Mən ABŞ səfirinin bu hərəkətini ona və ölkəsinə yaraşmayam hərəkət hesab edirəm. Bu, səfirlik fəaliyyətinə də ziddir. Mən bir məcburi köçkünləri təmsil edən millət vəkili kimi ABŞ səfirinə demək istəyirəm ki, dünyaya demokratiya və ədalətdən dərs keçən ABŞ dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağa 20 ildən çoxdur maliyyə yardımı göstərir ki, onlar daha çox silahlansın və haqq-ədalət tapdalansın. ABŞ haqqın-ədalətin tərəfində olmaq əvəzinə, hər zaman separatçı və cinayətkarları qorumaqla məşğul olub. Yaxşı olar ki, ABŞ səfiri öz fəaliyyətini bu istiqamətdə qursun.

Mən hələ 2 il bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslar və beynəlxalq təşkilatlarla bağlı fikir bildirmişdim. Demişdim ki, ölkəmizdə fəaliyyət göstərən hər hansı bir diplomatik korpus və təşkilat öz fəaliyyətində Azərbaycanın daxili işlərinə qarışırsa, Azərbaycan qanunlarının tələblərini pozursa, ölkə daxilində təxribat xarakterli hər hansı hərəkətlərə yol verirsə, o zaman Azərbaycan tərəfi həmin qurumlarla bağlı çox ciddi tədbirlər görməlidir. Hətta, biz həmin qurumları, səfirləri ölkədən çıxara bilərik. Azərbaycan bu haqqı özündə saxlayır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR