İqtisad Universitetində qiyabi təhsillə bağlı yenilik
Bizi izləyin

Qırmızı.az

İqtisad Universitetində qiyabi təhsillə bağlı yenilik

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qiyabi təhsillə bağlı yenilik edilib. Universitetin rektorunun mayın 20-də imzaladığı əmrə əsasən, ali məktəbin bakalavr hazırlığı səviyyəsində qiyabi təhsil alan bütün kurs tələbələr təhsillərini davam etdirmək üçün Distant və əlavə təhsil mərkəzinə köçürüləcəklər.

Universitetdən publika.az-a verilən məlumata görə, ADİU-da ilk dəfə reallaşdırılacaq yeniliyin məqsədi qiyabi təhsilin keyfiyyətini artırmaq, şəffaflığı təmin etmək, idarəetməni təkmilləşdirməkdir.

Bu dəyişiklik bütün ixtisaslar üzrə qiyabi təhsilin tədris plan və proqramlarının vahid mərkəzdən idarə edilməsini təmin edəcək.

Bu günə qədər ADİU-da qiyabi təhsil fakültələrin nəzdində tədris olunurdu. Nəticədə qiyabi təhsilin səmərəliliyinə kifayət qədər diqqət ayrılmırdı. Bundan sonra qiyabi təhsil alan bakalavrlar təhsillərini Distant və əlavə təhsil mərkəzində davam etdirəcəklər.

Hazırda ADİU-da 3 minədək tələbə qiyabi təhsil alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm