Qırmızı.az
Yük maşınında ölən uşaqla bağlı yeni məlumatlar
Masallıda yük maşınında ölən uşağın yeni təfərrüatları üzə çıxıb. Onun ölümünə öz inadkarlığı səbəb olub. Atasının və sürücünün sözünə baxmayan 13 yaşlı uşaq yıxılaraq ölüb.
Kənd sakini, 13 yaşlı Orxan Xalıq oğlu Babayev atası ilə birgə
onlara məxsuz ərazidə bağladıqları ot bağlamalarını, Lənkəran
rayonunun Separadi kənd sakini Tarverdi Məmmədovun idarə etdiyi 66
BE 731 "Zil" markalı avtomobilinə yükləyiblər.
Orxan Babayev yüklə dolu avtomobilin üstünə çıxaraq orada
gedəcəyini bildirib. Sürücü və atası onu avtomobilin yük yerindən
aşağı salmağa çalışsalarda bu, mümkün olmayıb. Bu zaman avtomobil
hərəkət edərkən maşının yük yerindəki ot tayasının üstündə oturan
13 yaşlı Orxan müvazinətini itirərək başı üstə yerə yıxılıb.
Hadisə yerinə dərhal Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz
Tibbi Yardım Stansiyasının Masallı Regional Şöbəsinin həkim
briqadası cəlb olunub, lakin baş-beyin nahiyəsindən xəsarət alan
Orxanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon hüquq mühafizə orqanları tərəfindən araşdırmalar
davam etdirilir. /Ans/
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir
-
Magazin216:40
Tanınmış müğənninin vəziyyəti pisləşdi - Xəstəxanaya aparıldı
-
Sosial15:45
Aytən Səfərova barəsində cinayət işi başlanıldı
-
Sosial15:11
Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasından danışdı
-
Sosial14:55
Aytən Səfərovanın qəzaya düşdüyü anın görüntüləri - VİDEO
-
Hadisə14:17
İsgəndər Quliyev vəfat etdi - FOTO
-
Dünya13:21
Qərbin dəstəklədiyi Paşinyan Bəşər Əsədə elə bir məktub yazdı ki...