Azərbaycana keçərkən əsir düşən məşhur diversant öldü
Bizi izləyin

Qırmızı.az

Azərbaycana keçərkən əsir düşən məşhur diversant öldü

Azərbaycan-Ermənistan sərhəddini keçmək istəyərkən əsir düşən və 1 ay sonra ölkəsinə qaytarılan Mamiko Xocayan bu gün İrəvanda vafat edib.

Cəbhə xəttinin Tovuz istiqamətində, daha dəqiqi Əlibəyli kəndi yaxınlığında erməni diversiya qrupuna bələdçilik edərkən saxlanılan və daha sonra ölkəsinə qaytarılan Mamika Tiqranoviç Xocayan bu gün İrəvanda vəfat edib.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə onun qızı Hegine Xocayan bildirib.

Qeyd edək ki, bu ilin yanvar ayının 28-də erməni diversantları cəbhənin Əlibəyli istiqamətində irəliləməyə çalışan zaman Azərbaycan ordusunun kəşfiyyatçıları bu cəhdin qarşısını alıb. Diversiya qrupunun bir neçə üzvü yaralansa da onlar geri çəkiliblər. Lakin onlardan biri Mamika Tiqranoviç Xocayan ələ keçirilib. 77 yaşlı Xocayan mart ayının 4-də ölkəsinə qaytarılmışdı.

Oral Mədənçi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm