Ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib

Ötən gün axşam saatlarında və bu gecə Respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib.

Ötən gün axşam saatlarında və bu gecə Respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Bəhmətli kəndində vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan ikimərtəbəli 11 otaqlı evdə yanğın olub. Nəticədə, evin 2-ci mərtəbəsinin 1 otağında 5 kv.m sahədə mebel dəsti yanıb. Ev yanğından mühafizə olunub.

Kürdəmirdə də gecə yanğın hadisəsi qeydə alınıb. Yanğın rayonun Şıxımlı kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan birmərtəbəli 1 otaqlı kürsülü evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları və əşyaları 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Başqa bir yanğın Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan taxta konstruksiyalardan ibarət köməkçi tikilidə baş verib. Nəticədə, tikili və içərisində olan təsərrüfat əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Beyləqan rayonu, Əhmədli kəndində isə (rayon mərkəzindən 36 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü evdə yanğın olub. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm