Bakıdakı yol qəzasında qadın sürücü şoka düşdü
Bizi izləyin

Qırmızı.az

Bakıdakı yol qəzasında qadın sürücü şoka düşdü

Bakının Nəsimi rayonu əraizində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bakının Nəsimi rayonu əraizində iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Azadlıq" prospekti ilə üzü metronun "28 may" stansiyası istiqamətində hərəkətdə olan “Mercedes” maraklı minik avomobili propektin Salatın Əsgərova küçəsi ilə kəsişməsində Qeroşimova Alyonaya məxsus “Nissan” maraklı digər nəqliyyat vasitəsi ilə toqquşub.

Zərbə nəticəsində hər iki avtombil "Azadlıq" prospektinin müxtəlif istiqamətlərindəki bardürlərə çırpılıb. Qəza iştirakçısı olan “Mercedes”in sürücü maşının ərazidə ataraq hadisə yerindən uzaqlaşıb. Xanım sürücü isə qəza zamanı şok keçirdiyindən təcili tibbi yardımla xəstəxanaya aparılıb.

Hadisə şahidləri isə, qəzaya səbəb kimi “Mercedes”in işıqforun qırımızı işığının tələblərinə məhəl qoymamasını göstəriblər.

Qəzanın təfərrüatları Nəsimi polisində araşdırırılır. Şahidlərinin ifadələri və ərazidə olan müşahidə kameralarının görüntüləri hansı sürücünün günahkar olduğuna aydınlıq gətirəcək. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm