Azərbaycan Beynəlxalq “Qida Sənayesi” Sərgisi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Beynəlxalq “Qida Sənayesi” Sərgisi keçiriləcək

20-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida Sənayesi” Sərgisi keçiriləcək.

20-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida Sənayesi” Sərgisi keçiriləcək. Bu sərgidə ilk dəfə olaraq, İran, İtaliya, Latviya və Estoniyanın istehsal şirkətlərinin məhsulları nümayiş etdiriləcək.

Artıq 20 ildir ki,«World Food Azerbaijan» 2014 sərgisi qida sənayesinin peşəkarları, eləcə də ərzaq məhsulları, içkilər və istehlak mallarını istehsal, ixrac və idxal edən şirkətlər üçün ideal iş meydançası kimi fəaliyyət göstərir.

Sərginin unikallığı qida sənayesinin bir neçə istiqamətini - avadanlıqlar, qida məhsulları, içkilər və qablaşdırma kimi sahələri bir meydançada toplayaraq sənaye peşəkarlarının geniş spektrini əhatə etməsindədir.

Sərgidə dünyanın 35 ölkəsindən 173 şirkətin ət və quş, süd məhsulları, dondurma,yağ-piy məhsulları, konservləşdirilmiş məhsullar, şirniyyat və çörək məmulatları, baqqaliyyə malları, meyvə-tərəvəz, balıq və dəniz məhsulları,ət emalı avadanlıqları,çörək bişirmə avadanlıqları,soyuducu avadanlıqlar,qablaşdırma avadanlıqları, spirtsiz içkilər spirtli içkilər, çay,qəhvə,meyvə şirələri, enerji içkiləri, halal məhsulları sərgilənəcək.

Bundan başqa, ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin Xalq Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İndoneziya, İspaniya, İtaliya, İsveçrə, İran, Kanada, Koreya, Qazaxıstan, Latviya, Macarıstan, Malayzia, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Yaponiya, Yeni Zelandiya , Ukrayna da sərgiyə qatəlacaq. Sərgidə ilk dəfə olaraq milli stendlərdə İran, İtaliya, Latviya və Estoniyanın istehsal şirkətlərinin məhsullarını nümayiş etdirəcəklər.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm