• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bu gün Bakıda və 13 rayonda qaz olmayacaq

Bu gün Bakıda və 13 rayonda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 12:00-dək Yevlax rayonunun bir hissəsinə, saat 14:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək Ağdaş rayonunun bir hissəsinə, eləcə də Xətai rayonu, Kənd Əhmədli, 2-ci Qəsəbə küçəsində qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə istismara yararsız küçə qaz xətlərinin kəsilərək istismarda olan xətlərdən ayrılması ilə əlaqədar saat 11:00-dan 12:00-dək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Bundan başqa, Beyləqan rayonu ərazisində 329 evlik qaçqın qəsəbəsinin inşası ilə bağlı 200 mm-lik yeni çəkilmiş orta təzyiqli qaz xəttinin 905 p/m uzunluğunda hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar saat 17:00-dək Beyləqan rayonunun bir hissəsinə, "Digah" qazpaylayıcı stansiyasında siyirtmələrin dəyişdirilməsi, ölçü qovşağının quraşdırılması, "Tovuz 2-ci xətt" qaz ölçü qovşağından qidalanan 325 mm-lik orta təzyiqli qaz kəmərində təmir işləri, "Əksipara" qazpaylayıcı stansiyasından qidalanan 530 mm-lik orta təzyiqli yerüstü qaz xəttində, 325 mm-lik kollektorda, "Xanlıqlar" qaztənzimləyici məntəqəsindən qidalanan 100 mm-lik orta təzyiqli yerüstü qaz xəttində təmir işləri, qaztənzimləyici qurğunun quraşdırılması, ölçü qovşağının, siyirtmənin dəyişdirilməsi və metroloji ölçü işlərinin aparılması, "Qəçrəş" ölçü qovşağından qidalanan yaşayış məntəqələrini təbii qazla təmin edən qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki xidmət, profilaktika işlərinin aparılması, müxtəlif diametrli qaz xətlərində təmir işləri, "Azadkənd-İmişli" magistral qaz kəmərinin 63,0 və 95,7-ci kilometrlərində təmir işləri, Şamaxı şəhərinin M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, Ə.Əlizadə, İstiqlal və A.Naseh küçələrində yaşayan istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, təhlükəsiz və fasiləsiz təbii qazla təmin edilməsi üçün orta təzyili qaz xətləri üzərində qaztənzimləyici qurğuların quraşdırılması, "Göyçay-1" və "Göyçay-2" QPS-lərin çıxışlarından qidalanan 159 mm-lik orta təzyilqi qaz xətlərində təmir işləri ilə əlaqədar saat 18:00-dək İmişli rayonuna, Binəqədi, Abşeron, Qobustan, Tovuz, Qazax, Şəmkir, Quba, Saatlı, Göyçay rayonlarının bir hissəsinə də qaz fasilələrlə veriləcək.

Həmçinin Yeni Suraxanı qəsəbəsini təbii qazla təmin edən 219 mm-lik orta təzyiqli qaz xətti üzərində olan siyirtmənin əvəzlənməsi, Nizami rayonu ərazisində aparılan təmir-bərpa işlərinin başa çatdırılması ilə bağlı Qara Qarayev prospektində yeni çəkilmiş 315 mm-lik polietilen orta təzyiqli qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar işlər başa çatanadək Suraxanı və Nizami rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR