Diş həkimi xəstənin axırına çıxdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Diş həkimi xəstənin axırına çıxdı - FOTO

ABŞ-ın Konnektikut ştatının sakini 64 yaşlı Cudi Qan stomatoloqun xidmətindən istifadə edərkən vəfat edib. İş orasındadır ki, yaşlı qadın 20 implant dişi birdən çıxartdırmaq istəyib, lakin ağrılara tab gətirməyərək 1 saatdan sonra xəstəxanada keçinib.

Həkim ağrıdan huşunu itirən xəstənin vəziyyətini nəzərə almayaraq işinə davam edib. Bundan əlavə, stomatoloq Raşmi Patel tibbi yardım xidmətindən də yararlanmaq istəməyib.

Xəstənin ölümündə günahlandırılan həkim Raşmi Patel həkim kimi lisenziyasını itirmək qorxusu ilə üzləşib. Patelin məhkəmə prosesi iyun ayının 18-i keçiriləcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm