34876 nəfərə Prezidentin aylıq təqaüdü ödənilir
Bizi izləyin

Qırmızı.az

34876 nəfərə Prezidentin aylıq təqaüdü ödənilir

2014-cü il 1 aprel tarixinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34 876 nəfərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, onlardan 182 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxs (1000 manat), 12 983-ü şəhid ailəsi (200 manat), 121-i 20 Yanvar faciəsi şəhidlərinin ailəsi (300 manat), 159 nəfəri "Xalq" fəxri adı alan (100 manat), 1762 nəfəri "Əməkdar" fəxri adı alan (60 manat) şəxsdir.

Eyni zamanda 18 262 nəfər müharibə əlili və onlara bərabər tutulan, 320 nəfər 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olan (I qrup əlillər 150 manat, II qrup əlillər 130 manat, III qrup əlillər 100 manat), 629 nəfər Böyük Vətən müharibəsi iştirakçısı olan şəxs (100 manat) Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunur. 424 nəfər şəxsə isə Azərbaycan Respublikası Prezidentinin ayda 1000 manat olmaqla fərdi təqaüdü ödənilir.

Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün orta aylıq məbləği 2013-cü ilin 1 may tarixi ilə müqayisədə cari ilin 1 may tarixinə 35,3 faiz artaraq 157 manat təşkil edir. O cümlədən bu dövrdə müharibə əlillərinə və onlara bərabər tutulanlara təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 68 faiz, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 67 faiz, fəxri adları olanlar üçün 100 faiz, Böyük Vətən müharibəsi iştirakçıları üçün 81,8 faiz, şəhid ailələri üçün isə 21,2 faiz artırılıb.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli fərmanına əsasən, əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara, yəni cari ilin 1 aprel tarixinə 149 04 nəfər şəxsə də aylıq sosial müavinətdən (67 manat) əlavə olaraq ayda 60 manat Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün təyin olunmasına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm