Rey Kərimoğlu əməliyyat olundu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Rey Kərimoğlu əməliyyat olundu (YENİLƏNİB)

Qarabağ müharibəsi veteranı, jurnalist Rey Kərimoğlu mayın 21-də Akademik Mirqasımov adına Respublika Kilinik Xəstəxanasında əməliyyat olunub.

“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov “Media forum” saytına deyib ki, əməliyyat normal keçib: “Reyin çənə nahiyəsində vəzlərin bərkiməsi halı olduğu üçün təcili əməliyyat olundu. Əməliyyat başa çatıb, Rey hazırda reanimasiya şöbəsindədir. Ona görə də həkimlər hələlik onunla görüşə icazə vermirlər”.

11:28

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.

“AzərFax” xəbər verir ki, jurnalist dünəndən xəstəxanaya yerləşdirilib. Onun çənə nahiyəsindəki vəzlərin bərkiməsi prosesi gedir ki, bu da təcili əməliyyat zərurəti yaradıb.

Dünən Akademik Mirqasımov adına Respublika Xəstəxanasında müayinələrdən keçən jurnalist bu gün səhər saatlarında əməliyyata alınıb.

Qeyd edək ki, R.Kərimoğlu torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə bir neçə dəfə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm