Millət vəkilləri şagirdlərlə görüşdülər
Bizi izləyin

Qırmızı.az

Millət vəkilləri şagirdlərlə görüşdülər

Müşfiqabad məktəbində 28 May Respublika Günü münasibətilə tədbir keçirilib.

Müşfiqin adını daşıyan qəsəbədəki orta məktəbdə nümunəvi "Fənn gecəsi" keçirilidi. Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı tam orta məktəbdə "Fizika gecəsi" keçirilib. Qarşıdan gələn 28 may – Respublika Günü münasibəti ilə tərtib edilən və "fənlərin dostluğu" formatında düzənlənən gecədə millət vəkili Qənirə Paşayeva, millət vəkili Etibar Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədri . Aydın Hüseynov, Xalq artisti Zabit Nəbizadə, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı, Müşfiqabad bələdiyyəsinin sədri, valideynlər, müəllim və şagirdlər iştirak edirdi.

Gecəni giriş sözü ilə açan məktəbin direktoru, əməkdar müəllim Namiq Cəfərov ölkədə elm və təhsilin inkişafına dövlət qayğısından bəhs edərək, bir təhsil ocağı olmaq etibarı ilə 320 saylı məktəbin də öz şagirdlərinin yüksək nəticələr əldə etməsi, onların rayon, şəhər və respublika miqyaslı yarışlarda uğurlar əldə etməsi üçün ardıcıl çalışdıqlarını dedi. Məktəbin fəal müəllimləri Diləfüruz Yolçuyeva və Aynur Hacıyevanın bilavasitə təşkilatçılığı, pedoqoji kollektivinin və təhsildə fərqlənən şagirdlərin dəstəyi ilə gerçəkləşən “fənn gecəsi”nin Respublika Günü münasibəti ilə ümumməktəb tədbiri kimi tərtib edilməsini vurğulayan direktor gecəyə təşrif buyuran qonaqlara öz min­nətdarlığı bildirdi.

Şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına, səh­nəciklərə və bədiiləşdirilmiş, obrazlaşdırılmış “fənlərin bəhsi”nə tamaşa edən tədbir iştirakçıları onların məharətini alqışlarla qarşıladılar.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilmə-sindən məmnunluğunu ifadə etdi. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı tarixi dərindən öyrənməyə, vətənpərvər olmağa, zərərli vərdişlərdən uzaq olmağa çağırdı.

Xanım millət vəkili orta məktəbin ən əsas vəzifəsinin vətəndaş yetişdirmək olduğunu deyərək, şagirdlərin bütün əldə etdiklərinin onların geniş dünyagörüşünə yiyələnmələri, başqa ölkələrdən olan həmyaşıdları ilə qarşılaşdıqda, gələcəkdə önəmli mövqelərə çıxdıqda hazırlıqlı olmağa hesablandığını qeyd etdi.

Bu deyilənləri şüurlu və peşəkar vətəndaşlıq təliminin orta məktəbdən formalaşan addımları kimi xarakterizə edən Q.Paşayeva, özünün təhsil illərindən, maraqlı məktəb hadisələrinin, hər ikisi müəllim olan valideyinlərindən eşitdiklərindən söz açaraq, bugünkü tədbirin Müşfiqabad məktəbinin tarixində, bütün iştirakçıların yaddaşında əbədi iz salacağına inandığını söylədi.

Dövlət başçısının, Heydər Əliyev Fondunun ölkədə elm və təhsilin inkişafı üçün həyata keçirdiyi proqramlı siyasətə toxunan xanım Paşayeva hər bir şagirdin, onlara dərs keçən müəllimlərin də bu yüksək etimada yüksək nəticələrlə cavab vermək olduğunu vurğulayaraq, özünəməxsus nəticələri olan 320 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə etdi.

Gecədə fərqlənən şagirdlərə öz kitablarını hədiyyə edən xanım Paşayevaya məktəb şagirdlərinin əl işi olan suvenir hədiyyə edildi.

YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, iqtisadçı-alim Aydın Hüseynov, “Fizika gecəsi” adlansa da, doğrudan da, daha miqyaslı və əsl bayram ovqatında hazırlanan tədbirdə iştirakdan çox məmnun qaldığını dedi. O, Qaradağ rayonunda həyata keçirilən tədbirlərdən, hər bir təhsil və mədəniyyət ocağının fəaliyyətinin, dövlət başçısının qarşıya qoyduğu məqsəd və vəzifələrin necə icra olunduğunun rayon rəhbərliyinin diqqətində oluğunu vurğuladı. O, 320 saylı məktəbin VIII sinif şagirdi Tural Yolçuyevin əldə etdiyi uğurlardan xəbərdar olduqlarını, uğur əldə edən bütün Qaradağ məktəbliləri ilə bağlı rayon səviyyəli tədbirin nəzərdə tutulduğunu qeyd etdi.

Millət vəkili Etibar Hüseynov, Xalq artisti Zabit Nəbizadə, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı və başqaları da öz təəssüratlarını bölüşdükdən sonra məktəbin direktoru bir daha bütün qonaqlara və gecənin tərtibində zəhməti olan hər kəsə öz təşəkkürlərini çatdırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm