"Tapança Nazim" “BakuBus” MMC-yə rəhbər gətiriləcəyindən DANIŞDI - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

"Tapança Nazim" “BakuBus” MMC-yə rəhbər gətiriləcəyindən DANIŞDI - ÖZƏL

Ziya Məmmədovun işdən çıxardığı məmur “BakuBus” MMC-yə rəhbər gətiriləcəyindən DANIŞDI - ÖZƏL

Bakı şəhər Nəqliyyat Departamentinin keçmiş rəisi, Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan “İnterservis” Xidmət Departamentinin rəhbəri Nazim Əsgərov bu yaxınlarda Nazirlər Kabinetinin qərarı əsasında yaradılan və Bakı şəhərində ictimai nəqliyyat işini təşkil edəcək “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) rəhbər gətiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

N.Əsgərov Publika.az-a açıqlamasında deyib: “Yox, hələ belə bir şey yoxdur. Bunu indidən heç kim deyə bilməz ki, ora rəhbər kim təyin olunacaq. Bu məsələ Cənab Prezidentin səlahiyyətlərinə aid olan məsələdir. Bunu Cənab Prezidentdən başqa heç kəs deyə bilməz”.

N.Əsgərov hazırda Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində yaradılan departamentdə çalışdığını söyləyib: “Mən hazırda departamentdə çalışıram və burada işlər tam qaydasında gedir”.

Nəqliyyat Departamentinin keçmiş rəisi mətbuatda onun adının “Tapança Nazim” kimi hallandırılması məsələsinə də toxunub:

“Mətbuat həmişə məndən yazır. Nə bilim, guya mən “Tapança Naziməm” və sairə. Mən bu cür yazılara əhəmiyyət vermirəm, hamısı boş söhbətlərdir”.

Qeyd edək ki, Teleqraf.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, bir qədər əvvəl Nazirlər Kabinetinin qərarı əsasında yaradılan və Bakı şəhərində ictimai nəqliyyat işını təşkil edəcək “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəhbərlik hazırda qeyri-rəsmi səviyyədə Bakı Şəhər İcra Hakimiyyətinin xidmət rəhbəri Nazim Əsgərova tapşırılıb:

“Yaxın zamanlarda Nazim Əsgərovun bu vəzifəyə rəsmi təyinat alacağı bildirilir. Vaxtilə Bakı Şəhər Nəqliyyat Departamentinə rəhbərlik edən Nazim Əsgərovun bu sahədəki təcrübəsindən istifadə edilir.

Xatırladaq ki, BŞİH-in tərkibində fəaliyyət göstərən Nəqliyyat Departamenti Bakıda ictimai nəqliyyatın təşkilinin Nəqliyyat Nazirliyinə həvalə edilməsindən sonra ləğv edilmişdi.

Departament ləğv ediləndən sonra bir müddət işsiz qalan N.Əsgərov 2006-cı ildə BŞİH-in tabeçiliyində yaradılan “İnterservis” Xidmət Departamentinin rəhbəri təyin olunub.

Xidmət Departamenti xarici ölkələrdən Azərbaycana gələn yüksək səviyyəli qonaqların Bakı şəhərində qarşılanması və yerləşdirilməsi ilə məşğul olur. Eyni zamanda, xidmət Bakıda yerləşən diplomatik nümayəndəlik və səfirliklərdə kommunal xidmətləri yerinə yetirir”.

Onu da bildirək ki, aprelin 14-də Nazirlər Kabinetinin qərarı əsasında yaradılan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin təşkili üçün Prezidentin Ehtiyat Fondundan 30 milyon manat pul ayrılıb.

Qərarda qeyd olunur ki, Maliyyə Nazirliyinə həmin vəsaitin maliyyələşdirilməsini təmin etmək, Nəqliyyat Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etmək tapşırılıb. BŞİH Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə 1 ay ərzində ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədilə avtonəqliyyat parkları (qarajları) üçün yerlər ayırmalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm