Bakıda qlobal gömrük konfransı işə başladı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda qlobal gömrük konfransı işə başladı – FOTOLAR

Bu gün Bakıda Gülüstan sarayında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfransı öz işinə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bu tədbir gömrük sahəsində modernləşdirilmə və kadrların inkişafına yönəldilib və bu sahədə nailiyyətlərin əldə olunmasına kömək olacaq. Onun sözlərinə görə, tədbirə maraq olduqca böyükdür: “Bu səbəbdən tədbirdə 65-dən artıq ölkədən 200-dən artıq nümayəndə iştirak edir. Həmçinin Azərbaycan hökumət nümayəndələrinin də iştirakı tədbirə olan marağın daha bir göstəricisidir. Çalışacağıq ki, bu tədbiri yüksək səviyyədə keçirək”.

Aydın Əliyev deyib ki, iqtisadiyyat elmi üzrə Nobel mükafatçısının da dəvət olunması tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Komitə sədri Azərbaycanın Dağlıq Qarabağ probleminin ölkə və region üçün olduqca böyük problem olduğunu vurğulayıb: “Bu problem gömrük sahəsində də özünü biruzə verir”.

Baş nazirin birinci müavini Abid Şərifov çıxış edərək ilk növbədə konfrans iştirakçılarını təbrik edib. O, bu günlərdə müstəqilliyini qeyd edəcək Azərbaycanın keçdiyi tarixi yoldan qonaqlara geniş məlumat verib. Abid Şərifov Azərbaycanın Dağlıq Qarabağ problemindən, BMT-nin hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini deyib.

O, Azərbaycanın həyata keçirdiyi geniş investisiya layihələrindən, əldə etdiyi uğurlar barədə məlumat verib.

Professor D. Uiddoudon isə deyib ki, ticarət asanlaşdırılmasının əldə olunması böyük nailiyyətdir: “Amma bu razılaşma sənəd olaraq qalmamalıdır. Bu sənədin həyata keçirilməsinə nail olmalıyıq. Bunun üçün də müəyyən işlər görülməlidir. Düşünürəm ki, Beynəlxalq Universitetlər Şəbəkəsinin rolu böyükdür”.

O, konfransda iştirak edən qonaqlara təkliflərini vermələrini xahiş edib. Hazırda iqtisad elmləri üzrə Nobel mükafatı laureatları – London İqtisadiyyat Məktəbində iqtisadiyyat və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides Avropada monetar siyatət mövzusunda məruzə ilə çıxış edir. /Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm