Sabahdan istilər başlayır
Bizi izləyin

Qırmızı.az

Sabahdan istilər başlayır

Sabah gündüzdən Azərbaycan ərazisində yağış kəsəcək, temperatur isə ötən günlərlə müqayisədə bir qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan publika.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq.

Mayın 22-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağış gündüz tədricən kəsəcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm