Hacı İbrahim Nehrəmli Soma kampaniyasına qoşuldu
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim Nehrəmli Soma kampaniyasına qoşuldu

Hacı İbrahim Nehrəmli Soma kampaniyasına qoşuldu

Azərbaycanda bir sıra millət vəkillərinin təşəbbüsü ilə Türkiyədə baş verən Soma faciəsinə yardım kompaniyasının başlanması haqda xəbər vermişdik. Yardım kampaniyasına bir sıra millət vəkilləri vətəndaşlar qoşulsa da, önəmli iş adamlarının bu kampaniyada adı yox idi.

Xeberdar.az məsələ ilə bağlı iş adamı, “Avesta” konserninin prezidenti, Diasporla iş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. İş adamı saytımızın əməkdaşı ilə söhbət edə-edə göstəriş verib ki, onun adından kampaniyaya 5000 dollar göndərilsin."Bu dəqiqə Novruz Aslanovla danışıb, pulu kampaniyanın hesabına köçürəcəm. Türklər bizim qardaşlarımızdı, onlara yardım etmək bizim borcumuzdu. Belə hadisə baş verib, gərək olmayaydı. Neyləmək olar, insan olan yerdə qəza da olmalıdı. Vəfat edənlərin ailələrinə baş sağlığı verirəm, xəstələrin də tez sağalması üçün dualar edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm