• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Həkim pul istəyibsə, qələt edib” – Nazirlikdən sərt reaksiya

“Həkim pul istəyibsə, qələt edib” – Nazirlikdən sərt reaksiya

İmişli Şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı Tənzilə Abbasovanın əməliyyatı üçün Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinində həkim işləyən Elnur İmanovun ondan 4000 manat pul istədiyini bildirib.


Sadiq Abbasov avropa.info saytına bildirib ki, qardaşı qızı Tənzilə Abbasova anadangəlmə ürək-damar çatışmazlığından əziyyət çəkir. 19.05.2014 tarixdə valideynləri kiçik Tənziləni Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində müayinədən keçiriblər. Bundan sonra müayinə həkimi, uşaq kardioloqu Elnur İmanov körpənin 15 gün ərzində təcili əməliyyat olunmasının vacibliyini deyib və bu əməliyyat üçün ona 4000 manat ödənilməsini istəyib. Ailənin imkansızlığını "nəzərə" alan həkim son qiymət 3300 manat deyib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli istisnasız olaraq bütün dövlət xəstəxanalarında xidmətin pulsuz olduğunu deyib. "Xüsusilə də kiçik yaşlı uşaqlar üçün ürək-damar çatışmazlığı ilə bağlı bütün əməliyyatlar pulsuzdur. Həkim Elnur İmanov əgər həmin 1 yaşlı xəstədən pul istəyibsə, qələt edib. Biz bu məsələni araşdıracağıq".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR